Peskov Medvedevin qalmaqallı açıqlamasına haqq qazandırdı

“Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Rusiyaya qarşı qeyri-dost təzahürlərə reaksiyası başadüşüləndir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Medvedevin Rusiyanın “ölümünü” istəyənləri “iyrənc əclaflar” adlandırmasını şərh edərkən deyib.

“Bunlar o qədər qeyri-dost təzahürlərdir ki, təbii ki, kəskin reaksiya tələb edir”, – Peskov bildirib.

Qeyd edək ki, İtaliyanın xarici işlər naziri Luici Di Mayo Medvedevin məlum bəyanatını təhdid adlandırıb və qəbuledilməz olduğunu deyib.

Azpost.info

Əvvəlki məqalə

Poroşenko Ukraynaya qayıdıb

Sonrakı məqalə

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfərə gedib