Peskov prezident seçkilərinin mümkün qalibinin adını açıqlayıb

Rusiya prezidenti Vladimir Putin namizəd olmaq qərarına gəlsə, prezident seçkilərində qalib gələcək.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O qeyd edib ki, Putin hələ seçkilərdə iştirakla bağlı qərar verməyib.

“Hələlik Putin namizəd olmaq niyyətini açıqlamayıb. Amma mən ürəkdən inanmaq istəyirəm ki, o bunu edəcək. Onun seçkilərdə qalib gələcəyinə, bundan sonra da prezidentimiz olacağına şübhəm yoxdur”, – Peskov deyib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.