“Peyvənd çox yaxın vaxtda hazır olacaq” –

TRAMP
11 Sentyabr 2020 - 09:52

ABŞ Prezidenti Donald Tramp amerikalı alimlərin yaxın gələcəkdə koronavirus peyvəndini hazırlayacağını elan edib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

“İlin sonuna qədər biz etibarlı və təsirli peyvənd hazırlayıb Çin virusunu məğlub edəcəyik. Düşünürəm ki, peyvənd çox yaxın vaxtda hazır olacaq”, – deyə Birləşmiş Ştatlar prezidenti söyləyib.

Qeyd edək ki, D.Tramp daha əvvəl etdiyi çıxışların birində COVID-19 əleyhinə hazırlanan peyvəndin oktyabr ayında istifadəyə veriləcəyini bildirmişdi.