Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Pilot Residence” MTK sakinlərinin fəryadı

Orkhan Ali 24 İyul 2025 - 13:17 (Last updated: 24 İyul 2025 - 13:18)
IMG-20250724-WA0012

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən “Pilot Residence” yaşayış kompleksində illərdir davam edən problemlər sakinləri təngə gətirib. Kooperativin fəaliyyəti barədə bunadək mediada kifayət qədər qalmaqallı məlumatlar yayımlanıb. Sakinlər bildirirlər ki, bina rəsmi istifadəyə verilsə də, əsasən tamamlanmamış (həyətin bərpası, kompleksin hasara alınması və s.) vəziyyətdə təqdim olunub. Keyfiyyətsiz tikinti, zəif izolyasiya, nazik divarlar və istismar üçün yararsız şərait burada yaşayan insanlar üçün ciddi gündəlik çətinliklər yaradıb. Keyfiyyətsiz iş, məsuliyyətsiz yanaşma o səviyyəyə çatıb ki, binanın fasad hissəsi də tökülmək üzrədir. Sakinlərin sözlərinə görə, binada nə lazımi xidmət göstərilir, nə də tikinti qüsurlarının aradan qaldırılması istiqamətində konkret addımlar atılır.

İddialara əsasən, binanın inşası zamanı müxtəlif qanunsuz və şəffaf olmayan proseslər həyata keçirilib. Bu gün həmin qanunsuzluqların nəticəsi kimi binada texniki və təhlükəsizlik baxımından ciddi fəsadlar üzə çıxmaqdadır. Bu azmış kimi, MTK qanunsuz olaraq, MMC yaratmaq və daim binaya rəhbərlik etmək istəyir.

Sakinlər illərdir öz haqlarını tələb etsələr də, hələ də istəkləri tam qarşılanmayıb. Bugünədək məsələ ilə əlaqədar məktub və müraciətlər rəsmi şəkildə aidiyyəti qurumlara təqdim edilib. Hazırda iş məhkəmə prosesi üzrə davam edir. Məlumata görə, Ali Məhkəmədən geri qaytarılmış işə yenidən Apellyasiya Məhkəməsində baxılacaq. Növbəti iclasın avqustun 5-də keçirilməsi nəzərdə tutulur və sakinlər ümid edirlər ki, bu dəfə onların tələbləri təmin olunacaq.

Kompleksin 30 ailəsinin imzası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Məhkəmə Hüquq Şurasına, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına və s. əsas subyektlərə şikayət məktubu ünvanlanıb. Sakinlər binanın tikintisinin 2017-ci ildə təsdiqlənmiş layihəyə uyğun tamamlanmadığını bildirərək MTK-nın fəaliyyətsizliyinə və biganəliyinə etiraz edir, yuxarıda qeyd olunan nöqsanların, vacib məsələlərin təxirəsalınmaz şəkildə həllini gözləyirlər. Yaşayışçılar təhlükəsiz və insana layiq şəraitdə yaşamaq hüquqlarının bərpa olunmasını tələb edirlər. Həmçinin vurğulayırlar ki, məhkəmə iddialarını və dövlət qurumlarına ünvanladıqları şikayətlərini qeyd olunan tələbləri təmin olunduğu təqdirdə geri götürəcəklər.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

AzPost.az

Post navigation

Previous: “Zəngəzur dəhlizi Ermənistan və Azərbaycanın suveren işidir” –
Next: “Bakı və İrəvanın sülh sazişini tez imzalamasını arzu edirik” –

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

60 yaşdan yuxarı
  • Sosial

60 yaşdan sonra bu 7 qidanı azaldın: Ürək, təzyiq və şəkər üçün təhlükə

User 12 Noyabr 2026 - 10:00
İnsan yaşlandıqca orqanizmin qidaya olan ehtiyacları və maddələr mübadiləsi dəyişir. 60 yaşdan sonra ürək-damar xəstəlikləri, yüksək qan...
Read more about 60 yaşdan sonra bu 7 qidanı azaldın: Ürək, təzyiq və şəkər üçün təhlükə
Soyuq havalarda hansı xəstəliklər artır? Qrip
  • Sosial

Soyuq havalarda hansı xəstəliklər artır?

User 12 Noyabr 2026 - 09:47
Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır? bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37
Smartfonu gecə şarjda saxlamaq batareyaya zərər verir? telefon sarj
  • Maraqlı

Smartfonu gecə şarjda saxlamaq batareyaya zərər verir?

User 12 Noyabr 2026 - 09:27
Gələn il müharibə veteranlarının 80 manatlıq təqaüdü artırıla bilər? qadinlarherbi
  • Sosial

Gələn il müharibə veteranlarının 80 manatlıq təqaüdü artırıla bilər?

User 12 Noyabr 2026 - 09:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.