Pivə daşıyan maşın aşdı, camaat yerə dağılan pivələri evə daşıdı –VİDEO

Rusiyada pivə daşıyan yük maşını qəzaya uğrayıb. Nəticədə çoxlu sayda pivə bankaları Ufa-Samara magistralının hər yerinə səpələnib.

Azpost.info teleqram kanalına istinadən bildirir ki, Başqırdıstanın Kandra kəndi yaxınlığında Ufa-Samara magistralında pivə daşıyan yük maşını dayanacağa çırpılaraq yoldan çıxıb.

Güclü zərbədən maşınının yük yeri açılıb və yüzlərlə pivə bankası yerə tökülüb. Polis gələnə qədər yerli pivə həvəskarları yerə dağılan pivə qutularının bir qismini içmək üçün evlərinə daşıyıblar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.