Polad Bülbüloğlu Şuşada ata evinə gəldi –Bülbülün əkdiyi ağacı qucaqladı, torpağı öpdü (FOTOLAR)

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Şuşada ata evinə gəlib. 

Azpost.info İTV-yə istinadən bildirir ki, P.Bülbüloğlu həyəti gəzib, atası, SSRİ xalq artisti Bülbülün əkdiyi ağacı qucaqlayaraq “Şuşada olduğma inana bilmirəm” deyib. Daha sonra o, həyətdən torpaq götürərək öpüb. P.Bülbüloğlu Şuşanın azad edilməsinin ömrünün ən gözəl anı adlandırıb. “Yaşım çoxdur. Bu günü görməyə də bilərdim. Çox şükürlər olsun Allaha…”deyib.

https://www.facebook.com/ictimai.tv/videos/2857517547861790

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məşhur teleaparıcı Larri Kinq vəfat edib

Sonrakı məqalə

Silahlı Qüvvələrin Əlahiddə Ümumqoşun Ordusunun hərbçiləri təltif olunub