Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Polisə dəstək” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

User 10 Sentyabr 2025 - 15:40 (Last updated: 10 Sentyabr 2025 - 16:32)
polise destek

“İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli AR Qanununa əsasən insan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi,insan alveri qurbanlarını gözləyən təhlükə, qanunvericiliyin təkminləşdirilməsi və bu əməllərin cinayət hüququ baxımından cəzalandırılması istiqamətində aparılır.

Bununla əlaqədar ölkəmizdə Milli Fəaliyyət Planı qəbul olunmuş,müvafiq institusional dövlət qurumları yaradılmışdır. Beynəlxalq əməkdaşlıq gücləndirilir. AR Cinayət Məcəlləsində avropa standartlarına uyğun olaraq dəyişiklik aparılmış 19-cu fəsilə “İnsan alveri”(144-1 maddə), “Məcburi əmək”(144-2 maddə), “İnsan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər”(144-3 maddə)əlavə edilmişdir. Bütün bu tədbirlərin ardıcıl həyata keçirilməsinə baxmayaraq insan alveri cinayətlərinin törədilməsi, gənclərin, xüsusilə gənc qızların bu cinəyətin qurbanına çevrilməsi halları davam edir.

Bunun bir çox səbəbləri ilə yanaşı cəmiyyətimizdə əvvəllər mövcud olmuş, ancaq bu gün öz əhəmiyyətini itirmiş cinayət əməli kimi qəbul edilən bir çox adət-ənənələrin təsiri altına düşən, qanunvericilikdə ciddi dəyişikliyin olduğunu bilməmək də rol oynayır. Əvvəllər ənənə halını almış “evlənmək üçün qız qaçırma” halları 30 sentyabr 2005-ci ildən sonra cinayət məcəlləsinə beynəlxalq standartlara uyğun dəyişiklik nəticəsində cinayət hesab edilir.

Ən maraqlı olan budur ki,144-1 maddənin Qeydinin 2-ci hissəsində göstərilir ki,insan alverindən zərər çəkmiş şəxsin istismar edilməsinə dair razılığı, yəni könüllü qaçırılması təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Başqa sözlə evlənmək məqsədilə “qız qaçırma” zamanı “qaçırılanın” razılığı qaçıranı məsuliyyətdən azad etmir. Bunun bilməyən onlarla gənclər cinayət məsuliyyətinə cəlb edilir.

Qanunvericiliyin müddəalarının analizi, baş verən cinayətlərin təhlili, əhalinin maarifləndirilməsi məqsədilə “Polisə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “İnsan alveri cinayətlərinin təhlili” adlı layihəyəsinin icrasına başlamışdır.

Layihə çərçivəsində dünyada və ölkəmizdə insan alveri cinayətinin mahiyyəti, statistikası, səbəbləri və ona qarşı mübarizə yolları analiz ediləcək, Masallı, Cəlilabad, Salyan, Şabran rayonlarında və Azərbaycan Turizm və Menecment Universitetində gənclər arasında məlumatlandırma kompaniyası aparılacaqdır.

Tanınmış mütəxəssislər İnsan alveri cinayətlərinin baş vermə səbəblərini, potensial qurbanların kateqoriyasını, qurbanların müdafiəsi və reabilitasiyası prosesini gənclərə izah edəcəklər.

Təhsil müəssisələrinin hüquq mühafizə orqanları, xüsusilə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə və yerli QHT-lərlə əlaqəsi təmin ediləcəkdir.

 

 

 

AzPost.az

Post navigation

Previous: Kreml Polşaya daxil olan PUA-larla bağlı şərh verməkdən imtina edib
Next: Rusiya Müdafiə Nazirliyi Polşaya daxil olan PUA-larla bağlı açıqlama verib

Oxşar xəbərlər

kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35

xƏBƏR

buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Antarktidada yerləşən Tueyts buzlağının (“Qiyamət günü buzlağı”) altına okeanın isti suları bir neçə kilometr məsafədə nüfuz edir...
Read more about Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.