Polis İmişlidə quş əti satışını qadağan edib? –DİN-dən açıqlama

Sosial şəbəkələrdə İmişli rayonunda polisin qeyri-rəsmi göstərişlə quş əti və digər quşçuluq məhsullarının satışını dayandırması ilə bağlı məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyininin (DİN) Mətbuat xidmətindən bildirilib ki, quş qripi ilə əlaqədar rayonda quş əti və digər quşçuluq məhsullarının satışı ilə bağlı məhdudiyyət tətbiq olunmur. Yalnız mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsulların nəzərdə tutulmayan yerlərdə satışına icazə verilmir: “Tövsiyə edirik ki, quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan şəxslər quş qripi xəstəliyi ilə əlaqədar diqqətli və məsuliyyətli olsunlar, mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər” (Report).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Real Madrid” son dəqiqələrdə məğlubiyyətdən xilas olub –

Sonrakı məqalə

Başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi bilindi