“Polis “Krokus”da terrorçuların qarşısını çətin ki ala bilərdi”- Ağalarov

Terror aktı zamanı “Krokus”un yaxınlığında polis əməkdaşları olsa belə, çətin ki, terrorçulara müqavimət göstərə bilərdilər.

Azpost.info xəbər verir ki, bunu konsert zalının sahibi Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarov deyib.

“Kadrları gördünüz. Dörd təlim keçmiş avtomatlı adam müxtəlif istiqamətlərdə gəzir, atəş açır. Məncə, heç polis də müqavimət göstərə bilməzdi. Heç kim buna hazır ola bilməzdi”, – Ağalarov bildirib.

Zalın təhlükəsizliyindən danışan sənətçi bildirib ki, qanunvericiliyə görə, özəl mühafizə şirkətlərinin işçiləri insanların sıx olduğu yerlərdə silah gəzdirə bilməz. Onun sözlərinə görə, bu qayda “Krokus”a da aiddir.

Azpost.info

Əvvəlki məqalə

Qırğızıstan Rusiyanın “Mir” kartları ilə işləməyi dayandırır

Sonrakı məqalə

Prezident Zelenski çağırış yaşını 27-dən 25-ə endirdi