“Polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur” –Tahir Kərimli dedi, spiker əsəbləşdi

“Bu gün hər birimizin içində kədər var. Bu, onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burada hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb”.

Bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinnin sədr müavini Tahir Kərimli deyib.

“Orada polisin həddində idimi ki, deputatın səlahiyyət həddini aşıb-aşmadığını qiymətləndirsin? Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz nə edək, rayonlara gedəndə polis bizə hərbi salam verirdi,  indi bizmi onlara verək?

Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb, nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq”, – deputat çıxışında deyib. (Modern.az)

Milli Məclisin sədri Sahibə Qafarova deputat Tahir Kərimlinin parlamentin bu gün keçirilən iclasında səsləndirdiyi fikirlərə sərt reaksiya verib. “Bu nə deməkdir ki, deputatın yiyəsi yoxdur, polisin yiyəsi var? Deputatın yiyəsi xalqdır. Şəxsən mən sizi kabinetimə dəvət edəcəyəm. Ortada səs yazısı var. Mən özüm kabinetdən çıxacağam və sizi 10 dəqiqəlik səs yazısına qulaq asmağa məcbur edəcəyəm! Ondan sonra görüm siz belə danışa bilərsiniz, yoxsa yox?!”

“Sizin çıxışınız məni məyus etdi”, – spiker deputata cavabında deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda məşhur gecə klublarının rəhbərləri həbs edilib

Sonrakı məqalə

“Aİ-98” markalı benzinin qiyməti bahalaşdı