Polşa Avropa İttifaqının bütün ölkələrini Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini dayandırmağa çağırıb.
Azpost.info xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Şimon Şinkovski deyib.
Onun sözlərinə görə, Polşa özü bir neçə aydır ruslara turist vizası vermir: “Rusiya vətəndaşları Polşa sərhədini yalnız humanitar vəziyyətlə əlaqədar və ya bir ailə üzvü respublikanın ərazisində olarsa və onun vətəndaşıdırsa, keçə bilər. Varşava vizaların verilməsini təxminən 80 faiz məhdudlaşdırıb”.
Azpost.info
