“Moskva ilə Varşava arasında diplomatik münasibətlərin kəsilməsi istisna edilmir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Oleq Tyapkin deyib.
Onun sözlərinə görə, Polşa Rusiyaya qarşı güclü sanksiya təzyiqinin və Moskva ilə əlaqələrin kəsilməsinin qızğın təşəbbüskarıdır: “Polşa təkcə siyasi deyil, həm də iqtisadi, hətta mədəni əlaqələri kəsir. Polşa mediasında aqressiv rusofobik kampaniyaya start verilib”.
Azpost.info