Polşa Krımın BMT mandatına verilməsini təklif edib

Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, Ukraynada sülhə nail olmaq üçün Krım BMT-nin mandatına keçməlidir.

Azpost.info xəbər verir ki, XİN rəhbərinin sözlərinə görə, yarımada Moskva və Kiyev arasında sülh danışıqlarında ciddi əhəmiyyət kəsb edir, lakin tərəflərin bu məsələdə razılığa gəlmək ehtimalı azdır.

“Biz qanuni sakinlərin kim olduğunu və s. yoxladıqdan sonra Krımı ədalətli referendum hazırlamaq missiyası ilə BMT mandatı altına verə bilərik. Və biz bunu 20 il təxirə sala bilərik”, – Sikorski bildirib.

Polşa XİN rəhbəri həmçinin Qərbin və xüsusən də ABŞ-ın Kiyevə 2014-cü ildə Krımda döyüşməməyi deməklə böyük səhvə yol verdiyibi deyib: “Əgər ukraynalılar Krımda, hətta simvolik olaraq döyüşsəydilər, Vladimir Putin Donbasla bağlı qərar verməzdi”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.