Polşa Rusiyadan kənd təsərrüfatı məhsullarının alışına qadağa qoymaq istəyir– XİN-dən etiraz

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın Rusiyadan kənd təsərrüfatı məhsullarının tədarükünə qadağa tətbiq etmək istəyini sərt təpki verib.

Azpost.info xəbər verir ki, Zaxarova hesab edir ki, bu yolla Varşava ictimaiyyətin diqqətini polşalı fermerlərin Ukrayna ilə sərhəddə tətillərindən və Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının tədarükünə qarşı təxribatdan yayındırmağa çalışır.

“Bu, artıq ikiüzlülük də deyil, hətta axmaqlıq da deyil, yalan da deyil. Bu, əxlaqsızlıqdır. Şübhə yoxdur ki, bütün bunlarla Varşava Avropa ictimaiyyətinin diqqətini Polşa-Ukrayna sərhədində baş verən kəskin münaqişədən yayındırmağa çalışır”, – Zaxarova bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.