Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Polşa “Şimal axını” kəmərlərini partladan şəxsi Almaniyaya verməyəcək

User 18 Oktyabr 2025 - 11:15 (Last updated: 18 Oktyabr 2025 - 00:57)
simal axini

Polşa məhkəməsi 2022-ci ildə Baltik dənizində “Şimal axını” qaz kəmərlərinə qarşı törədilmiş partlayışlarda iştirakda şübhəli bilinən Ukrayna vətəndaşı Volodimir Z.-nin Almaniyaya təhvil verilməsinə qarşı hökm çıxarıb.

Almaniya mediası  xəbər verir ki, məhkəmə, həmçinin 46 yaşlı şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirini də ləğv edib. Məlumata görə, Almaniya tərəfindən Avropa həbs orderi ilə axtarışa verildikdən sonra Varşava yaxınlığında saxlanılmış Volodımır Z. sentyabrdan istintaq təcridxanasında idi. Almaniyada prokurorluq onu 2022-ci ilin payızında Bornholm adası yaxınlığında “Şimal axını” kəmərlərinə partlayıcı maddələr yerləşdirmiş qrupun üzvü olmaqda ittiham edir.

İttihama əsasən, peşəkar dalğıc olan şübhəli şəxsə qarşı “partlayış törətmək” və “konstitusiyaya zidd diversiya” maddələri üzrə cinayət işi aparılır. Hadisə nəticəsində kəmərlərdə baş verən partlayışlar onların ciddi zədələnməsinə və qaz nəqlinin dayanmasına səbəb olmuşdu. Hücumdan sonra ümumilikdə dörd boru xəttindən üçündə dörd sızma nöqtəsi aşkarlanmışdı.

Xatırladaq ki, “Şimal axını-1” ilə Rusiya qazı Almaniyaya nəql edilirdi. Lakin partlayış vaxtı qaz axını dayandırılmışdı. “Şimal axını-2” isə Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən hələ istismara verilməmişdi. Məsələ ilə bağlı Almaniya və Polşanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq davam edir.

AzPost.az

Post navigation

Previous: Azərbaycan xaricə içki ixracından 50 milyon dollar qazanb
Next: Azərbaycan bu il neçə ton qızıl alıb?

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

israil
  • Dünya

İsraildə seçki dalanı – Netanyahu lazım olan 61 mandatı qazana bilmir

User 28 Oktyabr 2026 - 14:06
İsraildə 26-cı çağırış Knessetə keçirilən seçkilərdə bülletenlərin 70,7 faizinin hesablanmasının nəticələri ölkədə dərin siyasi dalanın davam etdiyini...
Read more about İsraildə seçki dalanı – Netanyahu lazım olan 61 mandatı qazana bilmir
Sürətli yeriyən insanlar daha uzun yaşayır – ARAŞDIRMA geznti
  • Maraqlı

Sürətli yeriyən insanlar daha uzun yaşayır – ARAŞDIRMA

User 28 Oktyabr 2026 - 13:59
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib parle ermeni
  • Dünya

Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

User 28 Oktyabr 2026 - 13:54
2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər 1740495806_manat-1560526404-1
  • Sosial

2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər

User 28 Oktyabr 2026 - 13:23
Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib mekteb
  • Sosial

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib

User 28 Oktyabr 2026 - 13:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.