Polşada mövsümi qripdən 28 nəfər ölüb

26 Fevral 2020 - 13:20

“Polşada qrip mövsümü başlayandan bəri 28 nəfər ölüb”.

APA-nın xəbərinə görə, bunu Polşanın Səhiyyə naziri Lukaş Şumovski “RMF FM” radiostansiyasının efirində deyib.

O bildirib ki, 11 min nəfər mövsumi qripdən xəstəxanaya yerləşdirilib.

Nazir vurğulayıb ki, Polşada koronavirusa yoluxma halı qeydə alınmayıb.