Polşada rus cacusları saxlanılıb

Polşada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən üç nəfər saxlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə Polşa xüsusi xidmət orqanlarının işini koordinasiya edən nazirlikdən bildirilib.

Məlumata görə, bu iş üzrə saxlanılanların ümumi sayı 12 nəfərə çatıb.

Varşavada bu qrupun Rusiya xüsusi xidmət orqanlarına kəşfiyyat fəaliyyəti və təbliğatı ilə bağlı tapşırıqları yerinə yetirdiyi güman edilir. Xüsusilə, onlar Ukrayna üçün tədarüklər haqqında məlumat toplamaq və Rusiya tərəfinin sifarişi ilə hazırlanmış və Polşaya qarşı aktiv təbliğatı əhatə edən məzmunun yayılması ilə məşğul olublar.

Azpost.info

Əvvəlki məqalə

“İsrail ilə birlikdə yaradılan Kibertəhlükəsizlik Mərkəzi mühüm rol oynayacaq”-

Sonrakı məqalə

Azərbaycanda daha 74 nəfər COVID-19-a yoluxub