“İsrail ilə birlikdə yaradılan Kibertəhlükəsizlik Mərkəzi mühüm rol oynayacaq”-OSMAN GÜNDÜZ

“İsrail ilə birlikdə yaradılan Kibertəhlükəsizlik Mərkəzi ölkəmizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin “Technion” İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi barədə danışarkən deyib.
Ekspert bildirib ki, İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək bu Mərkəzdə peşəkar təlimçilər də yetişdirəcək. Mərkəzdə 3 il ərzində 1000 nəfərə təlim keçirilməsi nəzərdə tutulub. Təlim proqramları “Technion” İnstitutu tərəfindən hazırlanıb.
“Kibertəhlükəsizlik sahəsində səlahiyyətli dövlət qurumu olan DTX rəisinin də bu Mərkəzə dəstək verməsi gələcəkdə burada hazırlanan kadrlardan daha səmərəli istifadə ediləcəyini düşünmək üçün əsaslar verir.
Düşünürəm ki , RİNN tərəfindən belə bir Mərkəzin yaradılması çox faydalı bir addımdır və bununla ölkənin kibertəhlükəsizlik imkanlarının xeyli güclənəcəyini, bu sahədə daha peşəkar kadrların hazırlanacağını proqnozlaşdırmaq olar”.
Əvvəlki məqalə

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı –

Sonrakı məqalə

Polşada rus cacusları saxlanılıb