Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Populyar pəhrizdə gözlənilməz yan təsir aşkar edilib

User 11 Noyabr 2025 - 19:22 (Last updated: 11 Noyabr 2025 - 12:05)
pehriz

Ketogenik pəhriz kişilər və qadınlar üzərində fərqli təsir göstərə bilər.

AZƏRTAC xəbər verir ki, Texas Sağlamlıq Universitetinin San-Antonio kampusunda aparılmış və “Cell Reports” jurnalında dərc olunmuş tədqiqat göstərib ki, erkək siçanlarda bu pəhriz hüceyrələrdə yaşlanma əlamətlərinin toplanmasına səbəb olur. Dişilərdə isə bu effekt müşahidə olunmayıb.

Ketogenik pəhriz yüksək yağ və aşağı karbohidrat tərkibinə əsaslanır və 2-ci dərəcəli diabet xəstələrində şəkərin səviyyəsinin tənzimlənməsi və epilepsiyanın müalicəsi üçün istifadə olunur. Lakin yeni məlumatlar göstərir ki, erkək siçanlarda bu pəhriz yalnız hüceyrə yaşlanmasını deyil, həm də oksidləşdirici stresin artmasını təşviq edir.

Burada əsas rolu estrogen hormonu oynayır. Dişilərdə estrogen bu təsirlərdən qoruyur, erkəklərdə isə estrogen yeridilməsi ilə mənfi nəticələr ortaya çıxır. Üstəlik, dişilərə estrogenin fəaliyyətini bloklayan tamoksifen verildikdə, onların hüceyrələrində erkək siçanlardakı ilə eyni yaşlanma əlamətləri müşahidə olunub.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, ketogenik pəhrizə qarşı ortaya çıxan reaksiyadakı fərqlər cinsi hormonlarla bağlıdır və bu, fərdi qidalanma tövsiyələrinin hazırlanması üçün yeni perspektivlər açır.

AzPost.az

Post navigation

Previous: Liderlərin qəribə vərdişləri
Next: İlk qazlı su necə yaranıb?

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.