Prezident Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili qaydası təsdiqlənib

13 May 2020 - 15:18

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

APA xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlər görsünlər.