Prezident Kahramanmaraşda tikinti işlərinin aparılması haqda Sazişi təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqləyib.

Dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.

Qanuna əsasən, 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” təsdiq edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.