ABŞ-ın yeni prezidenti Bayden Ayk Acinazaryanı Ağ Evin regional kommunikasiyalar şöbəsinə müdir təyin edib.
Azpost.info bildirir ki, Bayden və vitse-prezident Kamala Xarris Ağ Evin yeni əməkdaşlarını təqdim ediblər. 215 nəfərlik siyahıda erməni Ayk Acinazaryan da var.
Kamala Xarris onları sadiq dövlət qulluqçuları adlandırıb.
Ayk Acinazaryan Baydenin Qərbi Pensilvaniyadakı mətbuat katibi olub. Buna qədər o ABŞ-dakı bir sıra ştatlarda keçirilən seçkilərdə Baydenə informasiya dəstəyi göstərib.