Prezident Bayden təyyarənin nərdivanı ilə qalxarkən yıxıldı –FOTO/VİDEO

ABŞ Prezidenti Co Bayden cümə günü Corciya ştatına uçmazdan əvvəl xidməti təyyarəsinin nərdivanına qalxarkən iki dəfə büdrəyib.

Bu barədə ABŞ-ın yerli telekanalları məlumat yayıb.

Qeyd edək ki, 78 yaşlı ABŞ lideri Ağ Evdən Merilend ştatındakı Endryus hərbi bazasına helikopterlə gəlib. Bayden nərdivanla sürətlə qalxarkən büdrəyib.

Buna baxmayaraq, ABŞ prezidenti özünü toparlayaraq hava bazasında olan hərbçilərə salam verib.

Xatırladaq ki, 1975-ci ildə ABŞ-ın 38-ci Prezidenti Gerald Ford yağışlı havada təyyarənin nərdivanından enərkən büdrəyibttps:

//www.youtube.com/watch?v=zzb-0reGWTo

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayden Putinin dialoq təklifinə cavab verib:

Sonrakı məqalə

Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı paylaşım edib