Prezident Baydenin vəzifəyə təyin etdiyi iki türk qadını –

Dövlət katibinin köməkçisi və Pentaqonda müavin (FOTO)
27 İyun 2021 - 20:26
ABŞ prezidenti Co Baydenin administrasiyasında çalışan iki məmur türkdür. 
Azpost.info bildirir ki, onlar ABŞ-ın xarici siyasətinin formalaşmasında mühüm rol oynayırlar.
Naz Durakoğlu ABŞ Dövlət katibinin qanunvericilik məsələləri üzrə köməkçisidir. Özge Guzelsu isə ABŞ Müdafiə Nazirliyinin Qanunvericilik üzrə Baş müşavirinin müavini postunu tutur.
Naz Durakoğlu və Özge Guzelsu ABŞ-a köçmüş türk miqrantlarının övladlarıdır.
Prezident Bayden öz çıxışınşında bildirib ki, Amerikanın müxtəlifliyini ABŞ-ın güclü tərəflərindən biri kimi görür.