Şəkidən olan gənc Moskvada çayda boğulub

Şəki rayon sakini Rusiyada suda boğulub.

Hadisə Moskva şəhərində qeydə alınıb.

Şəki rayonu Qoxmuq kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Natiq oğlu Abdullazadə bir neçə gün əvvəl Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ərazisində çayda çimərkən boğularaq ölüb.

V. Abdullazadənin yaxınlarının APA-ya verdiyi məlumata görə, hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusa 40 yeni yoluxma faktı qeydə alınıb –

Sonrakı məqalə

Prezident Baydenin vəzifəyə təyin etdiyi iki türk qadını –