Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Prezident Elçibəy dünya liderləri ilə Helsinki Sammitində –

User 24 İyun 2025 - 13:17 (Last updated: 24 İyun 2025 - 13:17)
elcibey helsinki sammit 10 iyul 1992

Bu gün Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin anadan olmasından 87 il ötür.

AzPost bildirir ki, Azərbaycanda milli-azadlıq hərəkatının lideri olmuş Elçibəy SSRİ-də başlanmış demokratik hərəkat dalğasının siyasi meydana çıxartdığı siyasətçilər nəslinin nümayəndəsidir.

1992-ci ildə Azərbaycan prezidenti seçilmiş Əbülfəz Elçibəy cəmi 1 il hakimiyyətdə olub. 1993-cü ilin iyununda Gəncədə polkovnik Sürət Hüseynovun qaldırdığı hərbi qiyam nəticəsində devrilib.

Sabiq prezident 2000-ci ildə vəfat edib.

Əbülfəz Elçibəy prezident seçildikdən sonra iştirak etdiyi ilk beynəlxalq toplantı Avropada Təhüləsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) dövlət və hökümət başçılarının Helsinkidə keçirilmiş sammiti olub.

1992-ci ilin iyulun 9-10 da baş tutumuş bu Zirvə görüşündə Azərbaycanı Prezident Ə.Elçibəy təmsil edib.

ATƏM –in Helsinki Sammiti yeni Avropa təhlükəsizlik arxitekturası konsepsiyasının gələcək inkişafı üçün bir çox cəhətdən həlledici rol oynayıb.

Bu zirvə görüşü ATƏMİ-i regional münaqişələrin önə çıxdığı yeni çağırışlar dövründə qitədə təhlükəsizliyin təmin edilməsinə dair bir çox yanaşmaları yenidən nəzərdən keçirməyə məcbur etdi.

1992-ci il Helsinki Sammiti Bəyannaməsi təsdiq etdi ki, ATƏM yeni Avropanın formalaşması prosesinin istiqamətini müəyyən edən və bu prosesi stimullaşdıran bir forumdur.

İlk dəfə olaraq ATƏM BMT Nizamnaməsinin VIII Fəslinin ruhuna uyğun olaraq Vankuverdən Vladivostoka qədər Avro-Atlantik məkanda hərbi-siyasi sabitliyin qorunması və əməkdaşlığın inkişafı üçün cavabdeh olan regional təşkilat” statusunu aldı.

Ərazi bütövlüyünun pozulması və Qarabağda separatçı hərəkatla üzləşmiş Bakı ATƏM-in yeni çağırışlarına ümid edirdi.

Elə ATƏT-in Minsk Qrupunun təsis olunması bu ümiddən irəli gəlirdi. Təəssüf ki, ATƏT-in Avropada təhlükəsizlik təşkilatı kimi rolu alınmadı. Minsk Qrupunun vasitəçilk səyləri nəticə vermədi. 30 il bu egida altında aparılmış danışıqlar ədalətli qərar vermək əvəzinə tərəfləri kompromislərə və güzəştlərə çağırdı, münaqişənin həlli üçün heç bir effektiv qərar təqdim edə bilmədi.

Azərbaycan 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə tarixi zəfəri ilə dövlətin ərazi bütövlüyünü bərpa edə bildi.

 

AzPost “FOTOXRONİKA” layihəsi çərçivəsində ATƏM-in Helsinkidə keçirilmiş Sammitində dünya liderlərinin birgə çəkilmiş fotosunu təqqdim edir. Fotoda Azərbaycan prezidenti ilə yanaşı ABŞ, Fransa, Rusiya, Türkiyə və digər dövlət başçılarını görmək olur.

AzPost.az

Post navigation

Previous: Çörək sodası ilə ayaq vannası stressi azaldır
Next: QHT Aerokosmik Modelçilik Festivalı keçirəcək

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Badam arıqlamaq istəyənlər üçün ən faydalı çərəzlərdən biri hesab olunur. O, lif, zülal və faydalı yağlarla zəngindir,...
Read more about Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.