Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident İlham Əliyev Kraliça II Yelizavetaya Qarabağ atı hədiyyə etdi –

User 16 May 2022 - 16:16 (Last updated: 21 May 2025 - 20:15)
kralica ilham at hediyye

12-15 may 2022-ci il tarixlərində Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizaveta Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

“Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birgə yeni sahibinə təhvil verilib.

Daha sonra Azərbaycanın tanınmış heykəltəraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub. Ülyahəzrət II Yelizaveta hədiyyəyə görə təşəkkürlərini ifadə edib, “Vindzor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.

Qeyd edək ki, 1956-cı ildə N. Xruşov kraliça Yelizavetaya (o, 1952-ci ildən taxtdadır) artıq Qarabağ atı hədiyyə etmişdi. O vaxt kraliçaya göndərilən atın adı “Zaman” idi. Amma onda bu at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzorda təqdim edilib.

Post navigation

Previous: “Ukraynanın NATO-ya üzvlüyü Finlandiya və İsveçin üzvlüyündən fərqlənir” –
Next: “Finlandiya və İsveçin NATO-ya üzvlüyü Rusiya üçün təhdid yaratmır” –

Oxşar xəbərlər

haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
neft iran bazar02
  • Baş Yazı

ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər?

User 03 Noyabr 2026 - 10:30
fermer01
  • Baş Yazı

Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək?

User 02 Noyabr 2026 - 17:09

xƏBƏR

Telefon
  • İqtisadiyyat

Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?

User 03 Noyabr 2026 - 13:34
Azərbaycanda elektronika bazarında istehlakçıların əsas seçimlərindən biri yenə də mobil telefonlar olub. Oktyabr ayında mobil cihazlar ölkənin...
Read more about Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?
“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
Səbinə Əliyeva yenidən Ombudsman seçilib ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.