Prezident İlham Əliyev Rusiyada səfərdədir –

Putinlə görüş başlayıb
20 İyul 2021 - 20:03

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib.

Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş başlayıb.