Prezident İlham Əliyev təhlükəsizlik xidməti zabitini təltif etdi –

SƏRƏNCAM
16 Sentyabr 2021 - 15:11

Prezident İlham Əliyev Eldar Məmmədəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Eldar Əli oğlu Məmmədəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Eldar Məmmədəliyev uzun illər Milli Təhlükəsizlik Nazirliyində -hazırda Dövlət Təhlükəsizlik Xidmətində çalışıb.

Mərhum prezident Heydər Əliyevin sərəncamı ilə 2002-ci ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.