Prezident İlham Əliyev təhlükəsizlik xidməti zabitini təltif etdi –SƏRƏNCAM

Prezident İlham Əliyev Eldar Məmmədəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Eldar Əli oğlu Məmmədəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Eldar Məmmədəliyev uzun illər Milli Təhlükəsizlik Nazirliyində -hazırda Dövlət Təhlükəsizlik Xidmətində çalışıb.

Mərhum prezident Heydər Əliyevin sərəncamı ilə 2002-ci ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu il 619 lənkəranlı tələbə adını qazanıb –

Sonrakı məqalə

Beynəlxalq faktaraşdırıcı missiyanın Şuşaya səfəri başlayıb