Prezident İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçirib

18 İyul 2021 - 17:21

Azərbaycan Prezident İlham Əliyevin və Aİ Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı keçirib.

“Avropa İttifaqı regionda sülhün əldə olunması üçün müsbət rol oynamağa hazırdır”.

Bunu Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, sülhün əldə olunması üçün hansı addımların atıla biləcəyini Ermənistanda səfərdə olarkən Ermənistan rəsmiləri ilə də müzakirə edib.

“Sülhün əldə olunması, proqres üçün nə etməliyik, biz regionda sabitliyin, təhlükəsizliyin təminatına nail olmaq üçün hansı elmentləri nəzərdən keçirməliyik öncə bu barədə düşünməliyik. Mənim bu məsələni Azərbaycan Prezidenti ilə də müzakirə etmək imkanım oldu. Mən həm Ermənistan Baş nazirinə, həm də Azərbaycan Prezidentinə açıq şəkildə mesaşımızı çatdırdım ki, Avropa İttifaqı bu məsələdə müsbət rol oynamağa hazırdır. Təbii ki, biz ATƏT-in fəaliyyətini dəstəkləyirik lakin bu mane olmur ki, regionda daha çox təhlükəsizlik, sabitlik və ən əsası sülhə nail olmaq üçün Aİ öz təcrübəsini paylaşsın, dəstək versin və sülhün əldə olunmasının mümkün inkişafı üçün müəyyən ideyalar versin”, Aİ Şurasının Prezidenti vurğulayıb.