Prezident İlham Əliyev İlyas İsmayılovu yubiley münasibəti ilə təbrik edib

Prezident İlham Əliyev Ədalət Partiyasının sədri, sabiq Baş prokuror İlyas İsmayılovu 85 yaşının tamam olması münasibəti ilə təbrik edib. 

Azpost.info bildirir ki, bu barədə sədrin müavini Elxan Şükürlü məlumat verib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bu gün İlyas İsmayılova zəng edərək ona prezident İlham Əliyevin təbrikini çatdırıb.

 

“Partiyamızın sədri İlyas İsmayılova göstərilən bu diqqət və ehtiramı 44 günlük Vətən Savaşı zamanı əldə edilmiş milli birliyin və siyasi həmrəyliyin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində atılmış növbəti addım kimi qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevə Ədalət Partiyası adından minnətdarlığımızı bildiririk.
Ümid edirik ki, iqtidar-müxalifət münasibətlərində yaşanan və bütün sağlam siyasi qüvvələrin də görmək istədiyi bu xoş atmosfer bundan sonra da davam etdiriləcək və bir dövlət ənənəsinə çevriləcək”-deyə E.Şükürlü bildirib.
Martın 20-də İlyas İsmayılov 85 illik yubileyini qeyd edir.

 

 

 

Əvvəlki məqalə

Baş Prokuror İlyas İsmayılovun bağ evinə gəldi –

Sonrakı məqalə

Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü keçirilə bilər