Baş Prokuror İlyas İsmayılovun bağ evinə gəldi –Kamran Əliyev həmkarına medal təqdim etdi /FOTO

Baş Prokuror Kamran Əliyev “Ədalət Partiyasının sədri, sabiq Baş Prokuror İlyas İsmayılovu Nardarandakı bağ evində ziyarət edib.
Azpost.info bildirir ki, bu barədə partiya sədrinin müavini Elxan Şükürlü bildirib.
Baş Prokuror İ.ismayılova ona Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquq sisteminin inkişafı, qanunçuluq və hüquq qaydasının qorunması, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaşlıq hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki xüsusi xidmətlərinə görə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiliey medalını və vəsiqəsini təqdim edib.
İlyas İsmayılov diqqətə görə təşəkkür edib.
Qeyd edək ki, martın 20-si İlyas ismayılovun ad günüdür. Onun 85 yaşı tamam olur.
İ.İsmayılov 1985-1990-cı ilə kimi Azərbaycan SSR Prokuroru, 1992-1995-ci illərdə Azərbaycanın ədliyyə naziri olub.
Azpost.info
Əvvəlki məqalə

Ermənistan Avropa İttifaqının patrul missiyasından sui-istifadə edir –

Sonrakı məqalə

Prezident İlham Əliyev İlyas İsmayılovu yubiley münasibəti ilə təbrik edib