Prezident İlham Əliyev Türkmənistana səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfər edib.

Aşqabad Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin və xarici işlər nazirinin müavini Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıb.

Əvvəlki məqalə

Hansı rayonlara artıq büdcədən dotasiya verilmir? –

Sonrakı məqalə

“SSRİ ilğımı” ilə dünyanı qorxudan Rusiya –