Prezident İlham Əliyevin Almaniyaya səfəri başlayıb –Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.

Bu gün Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşüb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən il Azərbaycana rekrod sayda banan idxal olunub

Sonrakı məqalə

Çavuşoğlu və Lavrov Münhendə görüşəcəklər