Prezident İlham Əliyev aprelin 22-də Rusiyaya səfərə gedəcək

Azərbaycan prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya işgüzar səfərə gedəcək. 

Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Aprelin 22-də Rusiya prezidenti Vladimir Putin və Rusiyada işgüzar səfərdə olan azərbaycanlı həmkarı İlham Əliyev arasında Moskvada danışıqlar aparılacaq.

“Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi, həmçinin cari regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, – deyə məlumatda bildirilir.

Baykal-Amur magistralının tikintisinin başlanmasının 50 illiyi münasibətilə Putin və Əliyev BAM veteranları və dəmir yolu sənayesi işçiləri ilə görüşəcəklər. Məlum olduğu kimi, mərhum prezident Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi avtomobil yolunun tikintisi ilə bağlı məsələlərə bilavasitə rəhbərlik edib.

Əvvəlki məqalə

Tovuz sakini qadının üstünə benzin tökərək yandırıb

Sonrakı məqalə

Putin Yuri Qaqarinin qızını təltif etdi