Tovuz sakini qadının üstünə benzin tökərək yandırıb- YENİLƏNİB

Aprelin 18-də saat 17:00 radələrində Tovuz rayon sakini 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxs yanıq xəsarəti səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, ona üzün, hər iki yuxarı ətrafın, gövdənin arxa səthi, hər iki aşağı ətrafın 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Əvvəlki məqalə

G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb

Sonrakı məqalə

Prezident İlham Əliyev aprelin 22-də Rusiyaya səfərə gedəcək