Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib

User 25 Fevral 2026 - 11:14 (Last updated: 25 Fevral 2026 - 11:14)
ilhamaliyevukrayna

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Küveyt dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli şərait yaradır.

Əminəm ki, Azərbaycan ilə Küveyt arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və daha da dərinləşəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizi və dost xalqınızı mübarək Ramazan ayının başlaması münasibətilə də ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Küveyt Dövlətinə daim əmin-amanlıq və rifah diləyirəm”.

AzPost.az

Post navigation

Previous: Lənkəranda 7 kəndi birləşdirən yolda sürüşmə olub
Next: Ən yüksək antioksidan tərkibli beş meyvə bunlardır

Oxşar xəbərlər

ilham niderland
  • Siyasət

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

User 26 Oktyabr 2026 - 12:16
saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38

xƏBƏR

mekke sazisi
  • Dünya

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir?

User 26 Oktyabr 2026 - 12:27
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndələri bazar ertəsi Tehranda İran rəsmiləri ilə görüşərək regional koordinasiya məsələlərini müzakirə...
Read more about Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir?
Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda 55b57241-1273-488c-b386-7b6f1ecf926b
  • Sosial

Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda

User 26 Oktyabr 2026 - 12:24
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib ilham niderland
  • Siyasət

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

User 26 Oktyabr 2026 - 12:16
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin 1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
“Rəqəmsal İpək Yolu” ortaq texnoloji əməkdaşlıq modeli kimi qht kasfen
  • QHT

“Rəqəmsal İpək Yolu” ortaq texnoloji əməkdaşlıq modeli kimi

User 26 Oktyabr 2026 - 11:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.