Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Prezident İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul edib

User 16 Oktyabr 2025 - 13:05 (Last updated: 16 Oktyabr 2025 - 13:05)
ilham misir sefir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Redanın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev, ilk növbədə, Şarm-əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitinin yüksək səviyyədə təşkilinə görə Misir Ərəb Respublikasına təbriklərini çatdırdı. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən Azərbaycanın bu tədbirə dəvətini yüksək qiymətləndirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında mövcud olan etimadın və dostluğun nümunəsi kimi dəyərləndirdi.

Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərini, özünün isə Misirə rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər çərçivəsində müzakirə olunmuş mövzuların həyata keçirilməsi ilə bağlı məsələlərə toxundu.

Səfir Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Əbdülfəttah əs-Sisiyə çatdırmağı xahiş etdi.

Görüşdə Hökumətlərarası Komissiyanın əhəmiyyətinə toxunuldu, yaxın vaxtlarda onun növbəti iclasının keçiriləcəyi qeyd olundu. Bakı ilə Şarm-əl-Şeyx və Qahirə şəhərləri arasında birbaşa uçuşların olduğu və bunun turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyi vurğulandı.

Söhbət zamanı mədəni və humanitar sahələrdə əməkdaşlığımızın perspektivləri müzakirə olundu.

AzPost.az

Post navigation

Previous: Sabah Bakıda yağış yağacaq –
Next: Hərbi prokurora böyük köməkçisi təyin edilib –

Oxşar xəbərlər

ilham isesko
  • Siyasət

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

User 27 Oktyabr 2026 - 14:07
ilham ali forum
  • Siyasət

İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər”

User 27 Oktyabr 2026 - 11:02
hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45

xƏBƏR

ilham sergi01
  • Mədəniyyət

Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib

User 27 Oktyabr 2026 - 16:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də...
Read more about Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib
AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb AMEA
  • Sosial

AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb

User 27 Oktyabr 2026 - 16:48
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib veyseloqlu foto
  • Sosial

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

User 27 Oktyabr 2026 - 16:44
Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib ilham isesko
  • Siyasət

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

User 27 Oktyabr 2026 - 14:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.