Prezident Milli Məclisə iki qanun layihəsi göndərdi –İclasın gündəliyi dəyişdirildi

Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə dəyişiklik edilib.

İclasın gündəliyinə iki məsələ əlavə edilib.

Bunlar Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir (birinci oxunuş).

“Prezident tərəfindən Milli Məclisə iki yeni qanun layihəsi göndərilib. Çox vacib layihələrdir və təxirə salınmadan qəbul edilməlidir”-deyə parlamentin sədri Sahibə Qafarova deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir