Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident Özbəkistan Qanunvericilik Palatasının sədrini qəbul edib

User 16 May 2022 - 14:42 (Last updated: 21 May 2025 - 20:15)
ilham ozbek parle

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, ilk növbədə siyasi sahədə uğurla inkişaf etdiyini vurğuladı, bu işdə iki ölkənin dövlət başçıları arasında münasibətlərin xüsusi önəm daşıdığını qeyd etdi və bu baxımdan Özbəkistana səfərini məmnunluqla xatırladı.

Prezident İlham Əliyev tarixi, dil və mədəni yaxınlığın münasibətlərimizin möhkəmlənməsi üçün əsas yaratdığını bildirdi.

İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı ticarət dövriyyəsinin səviyyəsinin artırılmasının önəmini qeyd etdi və bunun üçün yaxşı imkanların olduğunu vurğuladı. Həm Azərbaycanda, həm də Özbəkistanda nəqliyyat infrastrukturu sahəsində böyük işlərin görüldüyünü deyən Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və nəqliyyat dəhlizlərinin tam şəkildə işə salınması üçün perspektivlərin mövcud olduğunu bildirdi. Dövlətimizin başçısı ölkələrimizin iqtisadi sahədə qazandığı nailiyyətləri də qeyd edərək qarşılıqlı sərmayə qoyuluşu və digər ölkələrdəki layihələrə birgə sərmayə yatırılması imkanlarının da nəzərdən keçirilməsinin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın və Özbəkistanın qanunverici orqanları arasındakı münasibətlərə toxunaraq, qarşılıqlı səfərlərin və beynəlxalq parlamentlərarası strukturlardakı əlaqələrimizin bu sahədə əməkdaşlığa töhfə verdiyini bildirdi.

Türk Dövlətləri Təşkilatında əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı bu təşkilat çərçivəsində iş birliyimizin ölkələrimizin qardaşlığı və tarixi dostluğundan, mədəni köklərdən irəli gələrək təbii əməkdaşlıq xarakteri daşıdığını vurğuladı və bu baxımdan Özbəkistanın bu təşkilata tamhüquqlu üzv olmasının önəmini qeyd etdi.

Prezident İlham Əliyev digər beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də uğurlu əməkdaşlığın və ölkələrimizin qarşılıqlı dəstəyinin önəminə toxundu.

Dövlətimizin başçısı xüsusi olaraq qeyd etdi ki, qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bütün dövlətlərlə, o cümlədən qonşu ölkələrlə yaxşı münasibətlərə malik olduğunu vurğulayaraq, Azərbaycan tərəfinin Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif etdiyini bir daha xatırlatdı.

Dövlətimizin başçısı Nurdinjon İsmoilovun səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Nurdinjon İsmoilov ilk növbədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Eyni zamanda, o, Özbəkistanın dövlət başçısının 28 May – Müstəqillik Günü ilə bağlı təbrik məktubunu Prezident İlham Əliyevə təqdim etdi. Nurdinjon İsmoilov Şavkat Mirziyoyevin Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Nurdinjon İsmoilov bildirdi ki, Özbəkistan Prezidenti böyük siyasi xadim ulu öndər Heydər Əliyevin xatirəsini daim ehtiramla yad edir və Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini bildirir. Qonaq Ulu Öndərin bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş siyasi xadim olduğunu vurğuladı.

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Bakıda gördüyü inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını qeyd etdi və ölkəmizin qazandığı nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Post navigation

Previous: “McDonalds” Rusiyadan getdiyini açıqlayıb
Next: YAP-ın sabiq təşkilat sədri həbsdə olan Əli Əliyevi məhkəməyə verib

Oxşar xəbərlər

neft iran bazar02
  • Baş Yazı

ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər?

User 03 Noyabr 2026 - 10:30
fermer01
  • Baş Yazı

Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək?

User 02 Noyabr 2026 - 17:09
ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46

xƏBƏR

Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Təsəvvür edin ki, nəhəng bir kosmik gəmidəsiniz. Qarşınızda sonsuz görünən kosmos, arxanızda Yer kürəsi, qarşınızda isə yalnız...
Read more about Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır? tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı nostradamus
  • Maraqlı

Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

User 03 Noyabr 2026 - 10:44
Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib a01
  • QHT

Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib

User 03 Noyabr 2026 - 10:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.