“McDonalds” Rusiya bazarından getdiyini açıqlayıb.
Bu barədə şirkət açıqlama yayıb.
Bildirilib ki, “McDonalds”-ın Rusiyadakı biznesinin satışına başlanılıb.
Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi səbəbindən Qərbin tətbiq etdiyi sanksiyalar çərçivəsində 500-dən çox xarici şirkət Rusiya bazarını tərk etdiyini və ya fəaliyyətini dayandırdığını açıqlayıb.
“McDonalds” mart ayından etibarən Ukraynadakı müharibəyə etiraz olaraq Rusiyada fəaliyyətini dayandırmışdı.
Lakin bununla belə, “fast-food” restoranlar şəbəkəsi işçilərinə əmək haqqını verməyə davam edirdi.