“Prezident seçkilərində qalib gəlmişəm” –

Co Bayden açıqlama verdi
07 Noyabr 2020 - 11:50

ABŞ prezidentliyinə namizəd Co Bayden bəyan edib ki, seçkidə qalib gəlib.

Azpost.info bildirir ki, Baydenin sözlərinə görə, qələbə qazandığını elan etməyə hələ hazır olmasa da ona artıq qalib gəldiyi aydındır.

Bayden bildirib ki, prezident seçilmək üçün seçki kollegiyasının 270 səsini aldığına əmindir.

“Rəqəmlər bizə bunu aydın göstərir: Biz bu yarışda qalibik. Biz Arizonada,Nevadada qazanırıq. Nevadada üstünlüyümüz iki dəfə artıb. Biz 300 seçici kollegiyasının səsini qazanmağa hazırlaşırıq”-deyə Bayden vurğulayıb.

Onun sözlərinə görə, 74 milyon amerikalı artıq ona dəstək verib.