“Prezident seçkisində müxalifətin namizədi məlumdur” –CHP-nin sədr müavini açıqlama verdi

“Türkiyədə qarşıdakı prezident seçkisində müxalifətin namizədi məlumdur: Bu, CHP-nin lideri Kamal Kılıcdaroğludur”.
Azpost.info “Cumhiruyyət”ə istinadən bildirir ki, bu sözləri CHP sədrinin müavini Seyit Torun bəyan edib.
S.Torunun sözlərinə görə, namizədin adı rəsmən müxalifət partiyalarının “altılıq” formatında keçirdiyi görüşlərdə verilən qərardan sonra açıqlanacaq.
“Bizim partiyanın lideri var. O demokratiya naminə yüksək haqq bahasına müxtəlif siyasi qüvvələri birləşdirib. Hər hansı digər namizəd axtarmağa ehtiyac yoxdur. Ölkəni güclü parlament sisteminə aparan yalnız bir insan var-O Kılıcdaroğludur. Əlbəttə, buna “altılıq” qərar verəcək”-deyə CHP rəsmisi vurğulayıb.
Əvvəlki məqalə

“40 yaşdan yuxarı insanlar üçün meymunçiçəyinin qorxusu yoxdur” –

Sonrakı məqalə

“Avroviziya” Ukraynada keçirilməyəcək, imtina qərarı verildi –