“Avroviziya” Ukraynada keçirilməyəcək, imtina qərarı verildi –Başqa ölkə ilə danışıqlar başlanır (RƏSMİ)

Yaranmış vəziyyətlə əlaqədar Ukrayna “Avroviziya-2023” mahnı müsabiqəsini keçirə bilməyəcək. 
Azpost.info bildirir ki, bu barədə müsabiqənin təşkilatçılarının yaydığı bəyanatda bildirilir.
Açıqlamada qeyd olunur ki, Avropa Yayım İttifaqı “Avroviziya” müsabiqəsinin gələn il Britaniyada keçirilməsi üçün danışıqlara başlayacaq.
Bu il keçirilmiş müsabiqədə Ukraynanın Kalush Orchestra qrupu birinci yeri tutub. İkinci yeri Britaniya qazanıb. London müsabiqəni keçirməyə hazır olduğunu bildirib.
Əvvəlki məqalə

“Prezident seçkisində müxalifətin namizədi məlumdur” –

Sonrakı məqalə

Ukrayna Rusiya ilə viza rejimi tətbiq etdi –