Prezident Tramp Qarabağda humanitar atəşkəsə görə təbrik yazdı

26 Oktyabr 2020 - 09:36

ABŞ Prezidenti Tramp Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycan prezidenti İlham Əliyevi humanitar atəşkəsin əldə edilməsi münasibəti ilə təbrik edib.

Azpost.info bildirir ki, bu barədə ABŞ prezidenti Tvitter-də yazıb.

“Atəşin dayandırılması barədə razılıq əldə etdiklərinə görə, Baş nazir Paşinyanı və Prezident İlham Əliyevi təbrik edirəm. Çoxlu həyat xilas ediləcək. Mən bu nailiyyəti əldə etmiş komandamla, Katib Pompeo, Biqanla fəxr edirəm”.

Xatırladaq ki, 26 oktyabr səhər saat 8-də qüvvəyə minmiş atəşkəs ABŞ-da Dövlət katibinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının ayrı-ayrılıqda görüşü zamanı razılaşdırılıb.

Bu gün səhərdən etibarən Ermənistan humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtəri atəşə tutub.

 

“Congratulations to Armenian Prime Minister Nikol Pashinyan and Azerbaijani President Ilham Aliyev, who just agreed to adhere to a cease fire effective at midnight. Many lives will be saved. Proud of my team @SecPompeo & Steve Biegun & @WHNSC for getting the deal done!”

— Donald J. Trump (@realDonaldTrump) October 25, 2020