Prezident Turqut Özal və Şeyxülislamın “Təzəpir”də birgə namazı –SSRİ.1991-Cİ İL /FOTOXRONİKA

Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra Türkiyə ilə əlaqələri sürətlə inkişaf etməyə başladı.

Bu münasibətlərin kökü həm də xalqların birgə tarixinə dayanırdı.

Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət olan Türkiyə ölkənin ictimai-siyasi həyatına ciddi şəkildə daxil oldu. Siyasətdən ta mədəni əlaqələrə qədər bir-biri ilə sıx bağlı olan iki dövlətin siyasətçiləri, ictimai xadimləri daim bir-birinin yanında olublar.

Bu sırada Türkiyə prezidenti Turqut Özalın da xidmətləri böyükdür. Hələ SSRİ zamanında Azərbaycana səfər etmiş Özal siyasi tarixdə izini saxlayıb.

Anadolu Agentliyinin arxivində həmin illərə aid fotoların sırasında Turqut Özalın Təzəpir məscidində namaz qılmasını əks etdirən maraqlı bir şəkil var. Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə birgə namaz qılan Özal bu səfər zamanı məscidi ziyarət etməsi maraqla qarşılanmışdı.

QMİ-nin Türkiyə ilə əlaqələri 90-cı illərdə yaranmışdı. Qarabağa ərazi iddialarına etiraz edən xalqın mübarizəsi Azərbaycanın azadlığı uğrunda milli mücadiləyə keçmişdi. Ölkənin tanınmış ictimai xadimləri bu mübarizədə fəal iştirak edirdilər. Şeyxülislam da bu mübarizənin ön sıralarında idi.

O zamandan bəri Türkiyə-Azərbaycan mənəvi bağlarının qurulmasında din xadimlərinin rolu da ön planda olub.

Turqut Özal İlk dəfə Bakıya SSR-yə səfəri çərçivəsində 1991-ci ilin martında gəlib. 16 mart tarixində Bakıya gələn Turqut Özal Azərbaycan paytaxtında təntənə ilə qarşılanıb.

Azərbaycan Respublikası 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa edərkən zəng edib prezident Ayaz Mütəllibov ilk təbrik edən Tuqrut Özal olub. Onun prezidentliyi dövründə Türkiyə 1991-ci il mayın 25-də Bakıda konsulluq açılıb. 1992-ci ilin yanvar ayından geniş vüsət alan danışıqlardan sonra diplomatik əlaqələr qurmaq, qarşılıqlı səfirliklər açmaq qərara alındı. 1992-ci il yanvarın 14-də Bakıda Türkiyə Cümhuriyyətinin Səfirliyi açılıb.

Bu səfər çərçivəsində prezident Turqut Özal Təzəpir məscidində namaz qılmağa da gedib.

Azpost.info-nun “FOTOXRONİKA” layihəsi çərçivəsində təqdim etdiyi fotoda Təzəpir məscidində namaz zamanı çəkilib.

Namaz vaxtı onu QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyənin mədəniyyət naziri Namiq Kamal Zeybek, Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Yılmaz Hocaoğlu və Ana Vətən Partiyasından olan millət vəkilləri Ali Er, Erdem Beyazıt  müşayiət edib.

Bundan bir il əvvəl -1990-cı ilin iyulunda prezident Turqut Özalın həyat yoldaşı Səmra Özal Bakıda səfərdə olub.

Səfər zamanı Səmra Özal Gəncə, Şəki və Bakı şəhərlərində olub. Səfərdə prezidentin xanımını Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunun rektoru, Respublika Qadınlar Şurasının sədri Zemfira  Verdiyeva müşayiət edib. Səfərin Qadınlar Şurasının dəvəti ilə baş tutuduğu bildirilir.

Səmra Özal Gəncəyə səfəri zamanı Məhsəti Gəncəvinin abidəsini ziyarət edib, Nizami Gəncəvi və Puşkin adına kitabxanaya baş çəkib, habelə Göygöldə olub. Türkiyə prezidentinin xanımı bunun ardınca Şəkiyə gedib, orada Xan Sarayı və ipək istehsalı zavodu ilə tanış olub, daha sonra Bakıya qayıdıb.

Səmra Özal həmçinin 20 yanvar şəhidlərinin aiələri ilə görüşüb.

Bu görüşlərdə onu QMİ sədri A.Paşazadə müşayiət edib.

Təqdim edilən foto Səmra Özalla bir süfrə arxasında Şeyxülilam Allahşükür Paşazadə, Türkiyə prezidentinin xanımı Səmra Özal (sağda) və Türkiyənin Moskvadakı səfiri Volkan Vural əks olunub.

QMİ Türkiyə ilə Azərbaycan arasında mənəvi bağların qurulmasında və güclənməsində mühüm rol oynayır. Türkiyənin Diyanət işləri rəhbəri Ali Erbaşın ölkəmizə səfəri, QMİ ilə yaxın qardaşlıq əlaqələri, türkdilli dövlətlərin təşkilatlarının dini liderlərinin Şurasının yaradılması, Vətən Müharibəsində verilən dəstək bu əməkdaşlığı və iki ölkə arasında qardaşlıq bağlarının möhkəmlənməsinin subutudur.

A.ABBASOV 

 

 

 

 

Əvvəlki məqalə

Prezident İlham Əliyev Brüsselə gedib

Sonrakı məqalə

Paşinyan və Şarl Mişel qeyri-rəsmi görüş keçirib