Prezident Vəng kəndinin adının Çinarlıya dəyişdirilməsini təsdiqləyib

29 Oktyabr 2020 - 18:42

Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılıb.

Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanunu imzalayıb.