Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident və Mehriban Əliyeva 2 saylı doğum evinin şəraiti ilə tanış olublar

User 29 İyul 2022 - 14:36 (Last updated: 21 May 2025 - 20:15)
ilham doqum evi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evində aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısına və birinci xanıma doğum evində yaradılan şərait barədə məlumat verilib.

Azərbaycanda əhalinin sağlamlığı hər zaman dövlət siyasətinin mərkəzində dayanır. Bu baxımdan ölkəmizdə səhiyyə sisteminin inkişafı, maddi-teхniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində mühüm addımlar atılır. Dövlət başçısının təşəbbüsü ilə bu sahədə həyata keçirilən layihələr insanların sağlamlığının etibarlı qorunmasına xidmət edir. Müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların tikilməsi və əsaslı şəkildə yenidən qurulması, müasir avadanlıqlarla təchiz olunması bunun əyani təsdiqidir.

Qeyd edək ki, 2 nömrəli doğum evi 1987-ci ildə istifadəyə verilib. Uzunmüddətli istismar nəticəsində bu tibb müəssisəsində əsaslı təmirə ehtiyac yarandığından dövlət başçısının 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə 2 nömrəli doğum evinin əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

Məlumat verilib ki, əsaslı şəkildə təmir edilən 120 çarpayılıq bu səhiyyə müəssisəsində ən müasir tələblərə uyğun tibbi avadanlıqlar quraşdırılıb. Üçmərtəbəli binada ümumilikdə 51 palata var. Tibb ocağında 80 çarpayılıq doğum, 30 çarpayılıq ginekologiya və 10 çarpayılıq reanimasiya şöbələri fəaliyyət göstərir. Burada vətəndaşlara həm ambulator, həm də stasionar xidmət göstəriləcək. Əvvəllər Səhiyyə Nazirliyinin nəzdində olan 2 nömrəli doğum evi 2021-ci ildən “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsin tabeliyindədir.

Azərbaycanda yeni tikilən səhiyyə ocaqları, ölkəmizə gətirilən müasir tibbi avadanlıqlar bir məqsədə – əhalinin sağlamlığının qorunması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir. Bu prosesdə Heydər Əliyev Fondunun da misilsiz xidmətləri var. Bütövlükdə əhalinin, xüsusən də ana və uşaqların sağlamlığının qorunması Fondun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən tədbirlər genefondumuzun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı surətdə həllinə yönəlib. Bu doğum evinin əsaslı şəkildə yenidən qurulması da ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin daha bir əyani təsdiqidir.

Post navigation

Previous: Cəbrayılda “Qız Qalası” hidroqovşağında meyit tapılıb
Next: G7 ölkələrinin səfirləri Odessaya gəliblər

Oxşar xəbərlər

telebeler
  • Baş Yazı

Türkiyədə 40 min azərbaycanlı tələbə oxuyur -Xaricdə təhsil alanların sayı niyə dəqiq bilinmir?

User 22 Oktyabr 2026 - 16:33
elektrik xetti
  • Baş Yazı

Azərbaycan Avropaya elektrik satacaq – Nəhəng layihə nə vaxt reallaşacaq?

User 22 Oktyabr 2026 - 14:45
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.