ABŞ prezidenti Co Bayden prezidentlik yarışından geri çəkilmək fikrində olmadığını açıqlayıb.
Azpost.info xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bayden son vaxtlar çətinliklərlə üzləşdiyini etiraf edib, lakin yenidən seçilmək üçün mübarizəni davam etdirmək niyyətində olduğunu və noyabrda keçmiş prezident Donald Trampı məğlub etməyə hazırlaşdığını bildirib.
Nümayəndələr Palatasından mənbə CBS-ə bildirib ki, 25 demokrat millət vəkili yaxın günlərdə Baydenin seçkidən kənarlaşdırılmasını tələb edən bəyanata yaymağı planlaşdırır.
Azpost.info